https://news.day.az/azerinews/1856455.html Kayrat Sarıbay Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri, hörmətli Mehriban xanım.

Kayrat Sarıbay Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Azərbaycanca, 28 августа 2026 12:29 (UTC +04:00) 193
Kayrat Sarıbay Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli Mehriban xanım.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz uzun illər öz fəaliyyətinizdə insanların rifahını yaxşılaşdıran, qarşılıqlı anlaşmanı təşviq edən və cəmiyyətləri bir-birinə yaxınlaşdıran təşəbbüslərə xüsusi diqqət yetirmisiniz. Bu davamlı fəaliyyət Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Asiyada dialoqu, etimadı və daha güclü birliyi inkişaf etdirməklə bağlı qarşıya qoyduğu məqsədlərə uyğundur.

Məhz bu ruhda mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən Azərbaycanın bu il Bakıda AQEM Qadınlar Şurasının ilk iclasını təşkil etmək təşəbbüsünü səmimi-qəlbdən alqışlayıram. Bu, bizim ortaq səylərimizin daha da zənginləşdirilməsi və yeni imkanların yaradılması baxımından əhəmiyyətlidir.

Bu əlamətdar gündə Sizə ailənizin və yaxınlarınızın dəstəyi ilə qarşıdakı illərdə bütün səylərinizdə davamlı uğurlar arzu edirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости