https://news.day.az/azerinews/1856767.html Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol üzərində olan körpüdən aşaraq dərəyə düşüb.

Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var

Azərbaycanca, 30 августа 2026 14:25 (UTC +04:00) 251
Gədəbəydə avtomobil körpüdən aşıb,

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol üzərində olan körpüdən aşaraq dərəyə düşüb.

Qəza zamanı 5 nəfər - 2004-cü il təvəllüdü E.Fətəliyev, 2006-ci il təvəllüdlü R.Məmmədov, 2008-cu il təvəllüdlü Z.Nuriyev, 2006-cı il təvəllüdü M.Nuruzadə və 2007-ci il təvəllüdlü M.Məmmədov xəsarət alıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости