https://news.day.az/azerinews/1857569.html BMT sistemində yeni mexanizmlərin hazırlanmasına ciddi ehtiyac var - Nizami Səfərov Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Müharibələrin və silahlı münaqişələrin tarixi əyani formada nümayiş etdirir ki, beynəlxalq miqyasda hərbi güc faktoru dövlət suverenliyinin qorunması və etibarlı şəkildə təmin edilməsi ucun kritik əhəmiyyətli faktordur.

BMT sistemində yeni mexanizmlərin hazırlanmasına ciddi ehtiyac var - Nizami Səfərov

Azərbaycanca, 3 сентября 2026 14:38 (UTC +04:00) 267
BMT sistemində yeni mexanizmlərin hazırlanmasına ciddi ehtiyac var

Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Müharibələrin və silahlı münaqişələrin tarixi əyani formada nümayiş etdirir ki, beynəlxalq miqyasda hərbi güc faktoru dövlət suverenliyinin qorunması və etibarlı şəkildə təmin edilməsi ucun kritik əhəmiyyətli faktordur. Ölkəmizin timsalında biz bunun əyani şahidi olduq. Beynəlxalq hüququn təməl prinsiplərinin və normalarının kobud formada pozulduğu və universal beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatının faəliyyət qabiliyyətsizliyi fonunda dövlətimiz yalnız öz gücü hesabına taleyüklü məsələləri həll edib, Ermənistanın ərazi iddialarından qaynaqlanan təcavüzə son qoydu. 

Yaxın tarixə nəzər saldıqda xatırlatmaq lazımdır ki, keçən əsrin 90-cı illərində torpaqlarımız işğal olunduqdan sonra BMT-nin Təhlükəsizlik Şurası Qarabağla əlaqədar dörd hüquqi sənəd - 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələr Azərbaycanın işğal olunmuş ərazilərindən ermənı silahlı birləşmələrinin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təsdiq edirdi və ərazilərin əldə olunması üçün güc tətbiq  edilməsinin yolverilməzliyini bəyan edirdi. Əhəmiyyətli dərəcədə diqqəti cəlb edən məqamlardan biridə, ondan ibarət idi ki, Təhlükəsizlik Şurası birmənalı olaraq qeyd edirdi ki, Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı münaqişənin davam etməsi regionda sülhə və təhlükəsizliyə təhdid yaradır.

Maraqlıdır, sülhün və təhlükəsizliyin təmin edilməsinə əsas məsuliyyəti daşıyan BMT-nin Təhlükəsizlik Şurası sözdə həyəcan təbili çalıb, nəyə görə heç bir əməli tədbir görmədi? Halbuki BMT Nizamnaməsinə görə Təhlükəsizlik Şurası sülhə təhdid və ya təcavüz aktının mövcudluğunu müəyyən edərək, öz qərarları və qətnamələrinin icrası üçün Təşkilat üzvlərindən iqtisadi münasibətlərin, damiryolu, hava əlaqələrinin dayandırılması, diplomatik əlaqələrin kəsiləsini tələb edə bilərdi və belə bir səlahiyyət Nizamnamənin 41-ci maddəsində təsbit edilib.

27 il ərzində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri sadəcə kağız üzərində qaldı və yalnız Azərbaycan öz gücünə döyüş meydanında ərazi bütövlüyünu və suverenliyini bərpa etdikdən sonra bu hüquqi sənədlər icra olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əhəmiyyətli hadisələr bir daha göstərdi ki, BMT sistemində ciddi islahatlara ehtiyac var və cari ilin 1 sentyabr tarixində Dövlət Başçısı Bişkek şəhərində "ŞƏT plyus" formatındakı görüşdə çıxışı zamanı vurğuladı ki,  BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolu arta bilər.     

İkinci Dünya müharibəsindən sonra yaradılan BMT müasir dövrün tələblərinə və yeni reallıqlara uyğun olaraq öz fəaliyyətini qurmalı, Nizamnaməsində ciddi dəyişiklilər etməli və beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində yeni mexanizmlər hazırlamalıdır. Bu cür mexanizmlər - iqtisadi, siyasi və hərbi tədbirləri nəzərdə tutmalıdır və Təhlükəsizlik Şurasının BMT Nizamnaməsinin "Sülhə təhdid, sülhün pozulması və təcavüz aktları" adlanan VII-ci Fəslinə əsasən  qəbul etdiyi qətnamələrin icrası üçün tətbiq ediməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости