https://news.day.az/azerinews/1858839.html Kanat qəzası hansı hallarda baş verir? Ötən gün baş verən kanat qəzası bu cür qurğularda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Hər kəsi maraqlandıran əsas sual beynəlxalq təcrübədə belə qəzaların qarşısının necə alındığıdır.

Kanat qəzası hansı hallarda baş verir?

Azərbaycanca, 9 сентября 2026 16:23 (UTC +04:00) 162
Kanat qəzası hansı hallarda baş verir?

Ötən gün "Şəki yaylası"nda faciəvi kanat qəzası baş verib. Xəbər yayıldığı ilk anlarda trosun qırıldığı iddiaları səslənsə də araşdırmalar zamanı məlum olub ki, hadisə trosun qırılmasından deyil, güclü küləkdə "zipline"nın roliklərinin çıxması səbəbindən baş verib. Nəticədə isə bu cür qurğularda təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. Hər kəsi maraqlandıran əsas sual isə beynəlxalq təcrübədə belə qəzaların qarşısının necə alındığıdır. 

Day.Az-ın araşdırmasıa əsasən məlum olub ki, beynəlxalq təcrübədə əyləncə attraksionları, kanat xətləri və digər troslu qurğuların istismara verilməsi üçün kəskin təhlükəsizlik protokolları və texniki standartlar (məsələn, Avropa standartı EN 13814 və ASTM International standarları) tətbiq olunur.

Bu avadanlıqlar yalnız mexaniki dözümlülük, materialların yorğunluq testi, hidravlik və avtomatik əyləc sistemlərinin tam işlək olması təsdiqləndikdən sonra vətəndaşların istifadəsinə verilir. Praktikada layihələrin ilkin mərhələsində virtual kompüter testləri həyata keçirilir, ardınca isə dövlət müfəttişləri və müstəqil mühəndislik institutları tərəfindən illik və mövsümi sertifikatlaşdırma (lisenziyalaşdırma) aparılır. Sistemdə konstruktiv çat, trosların yeyilməsi, ehtiyat generatorların yoxluğu və ya fiksasiya kəmərlərində xəta aşkarlandıqda qurğunun fəaliyyətinə dərhal qadağa qoyulur. Həmçinin küləyin sürəti normanı (adətən 15 m/san) keçdikdə və ya tufan anında mexanizmlərin istifadəsi qəti şəkildə dayandırılır.

Qlobal statistika göstərir ki, bu sahədə qəza faizi digər nəqliyyat və əyləncə növləri ilə müqayisədə olduqca aşağıdır, lakin baş verən insidentlər fəlakətli nəticələrə yol aça bilir. Beynəlxalq Kanatlı Nəqliyyat Təşkilatının (OITAF) və sahəvi araşdırmaların məlumatına görə, kanat yollarında ölüm halı hər 100 milyon sərnişinə cəmi 0.1 səviyyəsindədir. Bu da avtomobil qəzalarından yüzlərlə dəfə təhlükəsiz sayılır.

Buna baxmayaraq, beynəlxalq media hesabatlarına əsasən, əyləncə parklarında hər il orta hesabla 180-dən çox ciddi qəza hadisəsi qeydə alınır. Onların təxminən 50-si ölümlə nəticələnir. Təhlillər sübut edir ki, faciələrin 60%-dən çoxu məhz mexaniki nasazlıqlar və idarəetmə zəncirindəki boşluqlar ucbatından yaranır, qalan hissəsi isə sərnişinlərin təhlükəsizlik qaydalarını pozması və qəfil tibbi reaksiyalarla (məsələn, ürək tutması) bağlı olur. 

Ekstremal troslu alətlərdən olan ziplaynlar (zipline) isə əyləncə parklarındakı sabit attraksionlara nisbətən daha yüksək risk daşıyır. Məsələn, ABŞ-da aparılan tədqiqatlar göstərir ki, ziplaynlarda hər il 3500-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri (əsasən sınıqlar və travmalar) alır. Lakin son onillikdə qeydə alınan ölüm sayı ümumilikdə 16-dır.

Praktik tənzimləmədə qəzaların qarşısını almaq üçün rəqəmsal monitorinq sistemlərindən və "double-check" (ikiqat yoxlama) prinsipindən istifadə edilir. Avtomatlaşdırılmış datalar və mütəmadi olaraq aparılan rentgen (NDT) skanları vasitəsilə trosların daxili strukturu yoxlanılır. Bu da insan faktorundan qaynaqlanan səhvləri minimuma endirməyə kömək edir. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости