https://news.day.az/azerinews/1858840.html Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb - FOTO Naxçıvanda "bitum" yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb.

Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb - FOTO

Azərbaycanca, 9 сентября 2026 15:45 (UTC +04:00) 160
Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb

Naxçıvanda "bitum" yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb.

Day.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Bildirilib ki, "Culfa" gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına "don halda bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd "kərpic" formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb
  • Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb
  • Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb
  • Naxçıvanda “bitum” yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости