https://news.day.az/azerinews/1858893.html Azərbaycanın AMERIPOL-a qoşulması Avrasiya ilə Latın Amerikası arasında əməkdaşlığı gücləndirir - Meksika nəşri Azərbaycanın AMERIPOL-a müşahidəçi qismində qoşulması Qərb yarımkürəsində təhlükəsizlik strategiyalarının coğrafiyasının genişləndiyini göstərir. Day.Az xəbər verir ki, bu barədə meksikalı jurnalist və şərhçi Federiko La Montanın tanınmış analitik-informasiya layihəsi olan "Así lo dice México"nun materialında bildirilib.

Azərbaycanın AMERIPOL-a qoşulması Avrasiya ilə Latın Amerikası arasında əməkdaşlığı gücləndirir - Meksika nəşri

Azərbaycanca, 9 сентября 2026 18:22 (UTC +04:00) 169
Azərbaycanın AMERIPOL-a qoşulması Avrasiya ilə Latın Amerikası arasında əməkdaşlığı gücləndirir

Azərbaycanın AMERIPOL-a müşahidəçi qismində qoşulması Qərb yarımkürəsində təhlükəsizlik strategiyalarının coğrafiyasının genişləndiyini göstərir.

Day.Az xəbər verir ki, bu barədə meksikalı jurnalist və şərhçi Federiko La Montanın tanınmış analitik-informasiya layihəsi olan "Así lo dice México"nun materialında bildirilib.

"Nəzərə alsaq ki, cinayətkar şəbəkələr qlobal nəqliyyat dəhlizlərindən getdikcə daha fəal istifadə edirlər, Latın Amerikası ilə Avrasiya arasında əlaqələrin möhkəmləndirilməsi polis kəşfiyyatının və hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına töhfə verir", - materialda qeyd olunur.

Xatırladaq ki, Amerika Polis Qüvvələri Birliyinin (AMERIPOL) Direktorlar Şurasının 5-ci növbədənkənar sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təşkilatda müşahidəçi statusu verilib.

Bu status nazirliyin AMERIPOL-a üzv dövlətlərin müvafiq hüquq-mühafizə orqanları ilə əməkdaşlığının genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində məlumat və qabaqcıl təcrübə mübadiləsi, eləcə də təşkilatın tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müşahidəçi statusu, həmçinin transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərlə mübarizədə beynəlxalq əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости