https://news.day.az/azerinews/1858955.html Azərbaycan-Dünya Bankı əməkdaşlığı çərçivəsində 53 layihəyə 4,9 milyard dollar ayrılıb - FOTO Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Təmir işlərinə 10 sentyabr saat 09:00-dan etibarən start veriləcək.

Azərbaycan-Dünya Bankı əməkdaşlığı çərçivəsində 53 layihəyə 4,9 milyard dollar ayrılıb - FOTO

Azərbaycanca, 9 сентября 2026 21:21 (UTC +04:00) 157
Azərbaycan-Dünya Bankı əməkdaşlığı çərçivəsində 53 layihəyə 4,9 milyard dollar ayrılıb

Azərbaycanın Dünya Bankına üzv olduğu dövrdən etibarən tərəfdaşlıq çərçivəsində 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb.

Bu barədə Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays və Bankın Azərbaycan üzrə yeni ölkə meneceri Saşa Bakesin təmsil olunduğu nümayəndə heyəti ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və strateji tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr, dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlar, eləcə də əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Sahil Babayev Dünya Bankının Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirərək, uzunmüddətli tərəfdaşlığın ölkənin sosial-iqtisadi inkişafına, institusional potensialının gücləndirilməsinə və müxtəlif sahələrdə aparılan islahatların dəstəklənməsinə mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar daxil olmaqla geniş istiqamətləri əhatə edir. Belə ki, ölkəmizin Dünya Bankına üzv olduğu dövrdən etibarən tərəfdaşlıq çərçivəsində 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb.

Eyni zamanda, ölkəmizin beynəlxalq inkişaf gündəliyində artan roluna diqqət çəkən maliyyə naziri Azərbaycanın yuxarı orta gəlirli ölkə statusu əldə etdikdən sonra donor kimi beynəlxalq inkişaf təşəbbüslərinə dəstəyini artırdığını bildirib.

Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlığın əhəmiyyətini qeyd edərək, ölkəmizin son dövrlərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri və həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, Dünya Bankının Azərbaycanın inkişaf və islahat gündəliyinə dəstəyini davam etdirməyə, həmçinin qarşılıqlı əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirməyə hazır olduğunu bildirib.

Sahil Babayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin olunması münasibətilə Saşa Bakesi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni ölkə menecerinin Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonda tərəflər qarşılıqlı maraq doğuran iqtisadi və maliyyə məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

  • Azərbaycan-Dünya Bankı əməkdaşlığı çərçivəsində 53 layihəyə 4,9 milyard dollar ayrılıb
  • Azərbaycan-Dünya Bankı əməkdaşlığı çərçivəsində 53 layihəyə 4,9 milyard dollar ayrılıb
  • Azərbaycan-Dünya Bankı əməkdaşlığı çərçivəsində 53 layihəyə 4,9 milyard dollar ayrılıb
  • Azərbaycan-Dünya Bankı əməkdaşlığı çərçivəsində 53 layihəyə 4,9 milyard dollar ayrılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости