https://news.day.az/azerinews/1860726.html Cənubi Qafqaz qaz kəməri ilə 15 milyard kubmetrdən çox qaz nəql olunub Cari ilin yanvar-avqust aylarında Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə 15 milyard 038,1 milyon kubmetr qaz nəql edilib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Cənubi Qafqaz qaz kəməri ilə 15 milyard kubmetrdən çox qaz nəql olunub

Azərbaycanca, 17 сентября 2026 14:02 (UTC +04:00) 112
Cənubi Qafqaz qaz kəməri ilə 15 milyard kubmetrdən çox qaz nəql olunub

Cari ilin yanvar-avqust aylarında Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə 15 milyard 038,1 milyon kubmetr qaz nəql edilib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrünün göstəricisindən 163 milyon kubmetr və ya 1,1 faiz azdır.

Ümumilikdə, hesabat dövründə magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 125 milyon kubmetr və ya 0,5 faiz çoxdur. Ümumi qaz həcminin 56,1 faizi Cənubi Qafqaz qaz kəmərinin payına düşüb.

Azərbaycanın Xəzər dənizindəki sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil olunan qaz Cənubi Qafqaz qaz kəməri ilə Azərbaycan, Gürcüstan və Türkiyədəki istehlakçılara çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqlinə başlanılıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın genişləndirilmiş qaz kəməri - TANAP vasitəsilə Türkiyəyə təchizatına başlanılıb.

 

Daha əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bildirib ki, son beş ildə Cənubi Qafqaz qaz kəməri ilə 130,4 milyard kubmetr qaz nəql edilib.

Qeyd edək ki, 1 iyul 2026-cı ildən SCP sisteminin ümumi operatoru funksiyaları BP Exploration (Caspian Sea) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR "Midstream Operations LLC" şirkətinə verilib.

"South Caucasus Pipeline Company" (SCPC) şirkətində iştirak payları aşağıdakı kimi bölüşdürülür: bp - 29,99 faiz, SGC - 21,02 faiz, LUKOIL - 19,99 faiz, TPAO - 19 faiz, NICO - 10 faiz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости