https://news.day.az/azerinews/1860837.html Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir.

Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi

Azərbaycanca, 17 сентября 2026 19:46 (UTC +04:00) 301
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir

Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstan Respublikasında keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında çıxışı zamanı deyib.

Tədbirdə çıxış edən DTX rəisi müasir geosiyasi proseslərin doğurduğu yeni qlobal və regional təhdidlərə, o cümlədən davam edən genişmiqyaslı hərbi qarşıdurmaların nəqliyyat dəhlizlərinin fəaliyyətində yaratdığı ağır fəsadlara diqqət çəkib:

"Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması, habelə döyüş zonalarından qanunsuz çıxarılan silah-sursat və partlayıcı maddələrin qaçaqmalçılığı kriminogen vəziyyəti ağırlaşdıran təhlükəsizlik mühitinə ciddi təhdiddir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости