https://news.day.az/azerinews/1860871.html
Bakının bəzi ərazilərində qaz olmayacaq
"Hövsan-Digah" magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər yekunlaşanadək Bakının bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bakının bəzi ərazilərində qaz olmayacaq
"Hövsan-Digah" magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sentyabrın 18-də saat 10:00-dan işlər yekunlaşanadək Bakının bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, fasilə Xətai rayonunun M.Hadi və A.Rəhimov küçələrini, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrini, Babək prospektini, həmçinin Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələri və Fazenda yaşayış massivini əhatə edəcək.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре