Bu ölkə zülmətə qərq olub
Kuba tamamilə işıqsız qalıb.
Day.Az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
2026-cı ilin əvvəlindən respublikada səkkiz tammiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Elektrik enerjisi ilə bağlı problemlər yanacaq çatışmazlığı və ABŞ-nin neft blokadası ilə əlaqələndirilib.
Agentliyin yazdığına görə, kəsintilərin digər səbəbi infrastrukturun köhnəlməsidir.
"Kubada tammiqyaslı elektrik enerjisi kəsintisi baş verib", - deyə ölkənin Energetika və Mədən Sənayesi Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Həmçinin qeyd olunub ki, pərpa protokollarının işə salınmasına artıq başlanılıb. Daha sonra nazirlik səmt qazı ilə işləyən üç qaz-generator qurğusunun şəbəkəyə qoşulduğunu açıqlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре