https://news.day.az/azerinews/1861338.html Bərdə sakini Ağdamda kəhriz quyusunda ölü tapılıb Bərdə rayon sakini Ağdamda ölü vəziyyətdə aşkarlanıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, Bərdə rayon sakini Hacıyev Müşfiq Aqil oğlunun meyiti Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisində yerləşən kəhriz quyusundan çıxarılıb. Məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb.

Bərdə sakini Ağdamda kəhriz quyusunda ölü tapılıb

Azərbaycanca, 20 сентября 2026 17:13 (UTC +04:00) 222
Bərdə sakini Ağdamda kəhriz quyusunda ölü tapılıb

Bərdə rayon sakini Ağdamda ölü vəziyyətdə aşkarlanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Bərdə rayon sakini Hacıyev Müşfiq Aqil oğlunun meyiti Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisində yerləşən kəhriz quyusundan çıxarılıb.

Məlumata görə, M.Hacıyev bir neçə gün əvvəl yaşadığı ünvana qayıtmayıb. Yaxınları onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Bildirilib ki, Müşfiq Hacıyev işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости