https://news.day.az/azerinews/1861421.html Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq? "Hərbi xidmət keçən şəxsin cinayət işi üzrə həbs edilməsi onun hərbi xidmət statusuna təsir göstərir".

Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?

Azərbaycanca, 21 сентября 2026 10:49 (UTC +04:00) 198
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?

"Hərbi xidmət keçən şəxsin cinayət işi üzrə həbs edilməsi onun hərbi xidmət statusuna təsir göstərir".

Day.Az Globalinfo.az-a istinadla xəbər verir ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda qeyd olunur ki, hərbi qulluqçunun həbsdə olduğu müddət cinayət işinə xitam verildiyi və ya şəxs barəsində bəraət hökmü çıxarıldığı halda hərbi xidmət müddətinə daxil edilir.

Əgər hərbi qulluqçu xidmət müddəti başa çatmadan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərsə, həmin müddət, ümumi qayda olaraq, hərbi xidmət müddətinə hesablanmır.

Qanunvericilikdə belə şəxslərin məhkumluğu ödənildikdən və ya götürüldükdən sonra müəyyən hallarda hərbi xidmətin qalan hissəsini başa çatdırmaq üçün yenidən hərbi xidmətə çağırılması da nəzərdə tutulur.

Beləliklə, hərbi xidmət zamanı həbs olunmaq şəxsin avtomatik olaraq hərbi xidmətini başa vurması demək deyil. Qanunvericilikdə nəzərdə tutulan hallarda şəxs həbs müddətini başa vurduqdan sonra hərbi xidmətinin qalan hissəsini keçmək üçün yenidən hərbi xidmətə qaytarıla bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости