https://news.day.az/azerinews/1862048.html İl ərzində 4 dəfə təmir olunan yol yenə çöküb - VİDEO Bir ildə üç-dörd dəfə təmir olunan yol yenidən çöküb. Xətai rayonu, NZS qəsəbəsi, Zakir Yusifov küçəsində asfalt qatının təzə vurulduğu görünsə də, ərazidə problem yenidən yaranıb. Day.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, çökməyə kanalizasiya sistemindəki nasazlıq səbəb olur.

İl ərzində 4 dəfə təmir olunan yol yenə çöküb - VİDEO

Azərbaycanca, 23 сентября 2026 15:26 (UTC +04:00) 216
İl ərzində 4 dəfə təmir olunan yol yenə çöküb

Bir ildə üç-dörd dəfə təmir olunan yol yenidən çöküb. Xətai rayonu, NZS qəsəbəsi, Zakir Yusifov küçəsində asfalt qatının təzə vurulduğu görünsə də, ərazidə problem yenidən yaranıb.

Day.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, çökməyə kanalizasiya sistemindəki nasazlıq səbəb olur.

Sakinlər və sürücülər bildirirlər ki, yolun yararsız vəziyyətdə olması hərəkəti çətinləşdirir, burada tez-tez tıxac yaranır və avtomobillərə ziyan dəyir. Onların sözlərinə görə, yol dəfələrlə təmir olunsa da, problem qısa müddət sonra yenidən təkrarlanır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində qəza baş verib. Bu səbəbdən ərazidə qazıntı işləri aparılıb. Təmir başa çatdıqdan sonra asfalt örtüyü bərpa ediləcək.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости