Skuterlərə tələbatın artma səbəbi bilindi - VİDEO
Son günlər Bakıda skuterlərə tələbat kəskin artıb. Sakinlər bunu əsasən şəhərdəki tıxaclarla əlaqələndirir və skuterləri ünvana daha tez çatmaq üçün əlverişli nəqliyyat vasitəsi hesab edirlər.
Day.Az xəbər verir ki, skuter icarəsi ilə məşğul olan şirkətlərin məlumatına görə, nəqliyyat sıxlığı, bəzi küçə və prospektlərdə aparılan təmir işləri, eləcə də metroda hərəkət məhdudiyyətləri səbəbindən skuterlərdən istifadə təxminən iki dəfə artıb.
Yeni mikromobillik zolaqlarının salınması və xüsusi parkinq zonalarının yaradılması da bu sahənin inkişafına təsir göstərib.
Məlumata görə, son altı ayda skuter parkının 80 faizi yeni modellərlə əvəzlənib. İcarə qiymətləri şirkətə və skuterin modelinə görə dəyişir. Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitələrini idarə etməyə icazə verilir.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре