https://news.day.az/azerinews/1862298.html Bakıda yeni avtobus zolağı təşkil edildi Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bakıda yeni avtobus zolağı təşkil edildi

Azərbaycanca, 24 сентября 2026 15:25 (UTC +04:00) 170
Bakıda yeni avtobus zolağı təşkil edildi

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Day.Az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq Şıxəli Qurbanov küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib.

Yeni zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirilib.

Layihənin əsas məqsədi xüsusilə ekspres avtobusların hərəkət intervalını azaltmaq, sərnişinlərin rahat və maneəsiz daşınmasını təmin etməklə sərnişindaşımanın səmərəliliyini artırmaqdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости