Avtobuslar nə üçün gecikir? - SƏBƏB BİLİNDİ
45 dəqiqə. Bu, sadəcə rəqəm deyil - 205 nömrəli avtobusu gözləyən sərnişinin dayanacaqda keçirdiyi vaxtdır.
Day.Az xəbər verir ki, aparılan müşahidə zamanı bu marşrut üzrə avtobusların hərəkət intervalının 45 dəqiqəyədək uzandığı məlum olub.
Eyni vəziyyət 211 və 193 nömrəli marşrutlarda da müşahidə edilir. Sərnişinlər isə 20-35 dəqiqə, bəzən daha çox gözlədiklərini bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı şəhərində marşrut xətlərinə rekord sayda - 2530 avtobus cəlb edilib. Metro xətlərinin ayrılması layihəsi çərçivəsində 8 ekspres xətt təşkil olunub, 28 müntəzəm xətt isə gücləndirilib.
AYNA-nın məlumatına görə, marşrut sxemlərində yaranan nəqliyyat sıxlığı bəzən avtobus intervallarının artmasına səbəb olur. Hazırda sərnişindaşımanın monitorinq mərkəzi avtobusların hərəkət intervallarını izləyir. Gün ərzində nəqliyyat intensivliyinin dəyişməsi də avtobusların dayanacaqlara çatma vaxtına təsir edən əsas amillərdəndir.
Ətraflı "AzTV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре