https://news.day.az/azerinews/1862793.html “Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO

Azərbaycanca, 26 сентября 2026 11:04 (UTC +04:00) 212
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Day.Az-a bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya "şaftalı" yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 104 ədəd "şaftalı" formalı qablaşdırmada xalis təmiz çəkisi 51 kq 906 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости