https://news.day.az/azerinews/1863159.html Bu proses daşınmaz əmlak qiymətlərinə təsir edə bilər - VİDEO Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi həmin ərazilərə marağı artıra bilər.

Bu proses daşınmaz əmlak qiymətlərinə təsir edə bilər - VİDEO

Azərbaycanca, 28 сентября 2026 11:37 (UTC +04:00) 234
Bu proses daşınmaz əmlak qiymətlərinə təsir edə bilər

Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi həmin ərazilərə marağı artıra bilər.

Day.Az xəbər verir ki, dövlət proqramı çərçivəsində 2030-cu illərə qədər bu istiqamətlərdə sürət qatarlarının hərəkəti üçün dəmir yolu xətlərinin çəkilməsi nəzərdə tutulur və bəzi ərazilərdə artıq işlərə başlanılıb.

Ekspertlərin fikrincə, dəmir yolu stansiyalarına yaxın ərazilərdə nəqliyyat əlçatanlığının artması daşınmaz əmlak bazarında qiymət dinamikasına təsir göstərə bilər. Hazırda ərazilərdən asılı olaraq torpağın bir sotunun qiyməti 5 min manatdan başlayaraq 15-20 min manat arasında dəyişir.

Nəqliyyat imkanlarının genişlənməsi şəhərdən kənarda daha münasib qiymətə ev və torpaq axtaranların bu ərazilərə marağını artıra bilər. Ekspertlər dəmir yolu xətlərinin istifadəyə verilməsindən sonra torpaq və fərdi yaşayış evlərinin qiymətində orta hesabla 30%-dək artımın müşahidə oluna biləcəyini bildirirlər. Xüsusilə stansiyalara yaxın ərazilərdə bu artımın daha nəzərəçarpan olacağı gözlənilir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости