https://news.day.az/azerinews/1863188.html Bakının mərkəzi avtomobillər üçün bağlanır Bakının mərkəzində beş küçəyə tətbiq olunan piyada zonası qaydaları oktyabrın 5-dən həftənin bütün günlərini əhatə edəcək. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bakının mərkəzi avtomobillər üçün bağlanır

Azərbaycanca, 28 сентября 2026 13:08 (UTC +04:00) 187
Bakının mərkəzi avtomobillər üçün bağlanır

Bakının mərkəzində beş küçəyə tətbiq olunan piyada zonası qaydaları oktyabrın 5-dən həftənin bütün günlərini əhatə edəcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişiklik Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil olunacaq.

Həmin ərazilərdə iki ildən artıqdır ki, avtomobillərin hərəkəti həftəsonları məhdudlaşdırılır. Yeni qaydaların tətbiqinə oktyabrın 5-dən test rejimində başlanılması nəzərdə tutulur.

Fərdi parklanma talonu olan sakinlərin, operativ, tibbi, kommunal və logistika xidmətlərinə aid nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости