Hərbi cəhətdən ən yaxşı şəkildə hazır olub sülh içində yaşayacağıq - Yaşar Güler
Hərbi cəhətdən ən yaxşı şəkildə hazır olub sülh içində yaşayacağıq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu cümə axşamı Türkiyənin milli müdafiə naziri Yaşar Güler "Birliyin Gücü - 2026" birgə hərbi təlimdə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimində deyib.
Nazir təlimin mükəmməl şəkildə həyata keçirildiyini bildirib və bütün iştirakçıları təbrik edib.
"Bu gün burada sizinlə bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Təlim mükəmməl şəkildə həyata keçirildi. Bütün təlim iştirakçılarını təbrik edirəm. Qırğız və qazax qardaşlarımızın da növbəti təlimlərə qatılacağına ümid edirəm", - deyə o qeyd edib.
Yaşar Gülər bölgədəki vəziyyətin hazırlıqlı olmağı zəruri etdiyini vurğulayıb:
"Biz bölgəmizdəki vəziyyəti təhlil edərək "Hazır ol cəngə" deməkdən başqa çarəmiz olmadığını görürük. Hərbi cəhətdən ən yaxşı şəkildə hazır olub sülh içində yaşayacağıq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре