https://news.day.az/azerinews/1864904.html Hava şəraiti ilə əlaqədar sürücü və piyadalara XƏBƏRDARLIQ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib. Day.Az xəbər verir ki, müraciətdə yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşmasının sürücülərdən daha çox diqqət və məsuliyyət tələb etdiyi bildirilib.

Hava şəraiti ilə əlaqədar sürücü və piyadalara XƏBƏRDARLIQ

Azərbaycanca, 6 октября 2026 10:27 (UTC +04:00) 235
Hava şəraiti ilə əlaqədar sürücü və piyadalara

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib.

Day.Az xəbər verir ki, müraciətdə yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşmasının sürücülərdən daha çox diqqət və məsuliyyət tələb etdiyi bildirilib.

Sürücülərə hava şəraitini düzgün qiymətləndirmək, meteoroloji şəraitə uyğun sürət seçmək, nəqliyyat vasitələrinin şüşəyuyan və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamaq tövsiyə olunub. Həmçinin zərurət olmadan qəfil manevrlərdən və kəskin tormozlama hərəkətlərindən çəkinmək çağırışı edilib.

İdarə piyadaları da təhlükəsizlik qaydalarına daha ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости