https://news.day.az/azerinews/1865024.html Xalq artisti xəstəxanaya yerləşdirildi Xalq artisti və aparıcı Ofeliya Sənani xəstəxanaya yerləşidirilib. Day.Az xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib. Məlumatda bildirilib ki, diktorun bud sümüyü sınıb:

Xalq artisti xəstəxanaya yerləşdirildi

Azərbaycanca, 6 октября 2026 15:58 (UTC +04:00) 207
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti və aparıcı Ofeliya Sənani xəstəxanaya yerləşidirilib.

Day.Az xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib. Məlumatda bildirilib ki, diktorun bud sümüyü sınıb:

"Oktyabrın 5-də saat 18:15-də 85 yaşlı Ofeliya Sənani Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bud sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında oktyabrın 5-də saat 21 radələrində digər tibb müəssisəsinə təxliyə olunub".

Qeyd edək ki, Xalq artistinin yaşadığı evdə yıxılaraq, xəsarət aldığı iddia olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости