https://news.day.az/azerinews/1865033.html Universitetlərə ödənişli əsaslarla qəbul olan 1 870 tələbə dövlət hesabına təhsil alacaq Universitetlərə ödənişli əsaslarla qəbul olan 1 870 tələbə dövlət hesabına təhsil alacaq Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Universitetlərə ödənişli əsaslarla qəbul olan 1 870 tələbə dövlət hesabına təhsil alacaq

Azərbaycanca, 6 октября 2026 16:09 (UTC +04:00) 213
Universitetlərə ödənişli əsaslarla qəbul olan 1 870 tələbə dövlət hesabına təhsil alacaq

Universitetlərə ödənişli əsaslarla qəbul olan 1 870 tələbə dövlət hesabına təhsil alacaq

Day.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

"Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin "Şəxsi kabinet" lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib", - deyə əlavə edilib.

Xatırladaq ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости