Dəmir yolları və kanat tıxac yükünü azaldacaqmı? - Ekspert CAVABLADI
Şəhər ətrafında yeni dəmir yollarının salınmasının tıxacları xeyli azaldacağı proqnozlaşdırılır. Hər kəsi maraqlandıran əsas məqam isə bu layihənin reallaşacağı zaman tıxacların qarşısınıən alınmasında nə qədər effektiv olacağıdır.
Day.Az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu deyib ki, şəhər ətrafında yeni qatar xəttinin istifadəyə verilməsi tıxacların azalmasına kömək edə bilər.
O, qeyd edib ki, bu, həm insanların artan tələbatının, həm də daha yaşıl nəqliyyat alternativlərinə yönəlməyin nəticəsidir.
"90-cı illərin təcrübəsi də göstərir ki, qatar şəhər nəqliyyatında effektiv seçimdir. Burada əsas məsələ xəttin nə dərəcədə əhatəli və əlçatan olacağıdır. Qatarlar vaxtında və müntəzəm işləyərsə, insanların bu nəqliyyat növündən istifadə etməsi kifayət qədər məntiqli seçim olacaq", - o deyib.
Ekspert əlavə edib ki, kanat çəkilməsi layihəsi ilə bağlı da xəbərlər var.
"Onu daha çox turistik, maraqlı və Bakının mənzərəsini fərqli rakursdan təqdim edən əlavə bir imkan kimi qiymətləndirmək olar. Bakının coğrafi relyefini nəzərə alsaq, kanatı əsas şəhər nəqliyyatı vasitəsi kimi dəyərləndirmək düzgün olmaz. Şəhər nəqliyyatında isə qatarlar, şübhəsiz ki, əsas və effektiv rol oynaya bilər", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре