https://news.day.az/azerinews/1865220.html Azərbaycanda ov mövsümü açıq elan edilir "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib və 10 oktyabr 2026-cı il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Azərbaycanda ov mövsümü açıq elan edilir

Azərbaycanca, 7 октября 2026 13:08 (UTC +04:00) 203
Azərbaycanda ov mövsümü açıq elan edilir

"Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib və 10 oktyabr 2026-cı il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Day.Az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə bilərlər.

"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər, yalnız ovçuluq təsərrüfatlarından və ov üçün müəyyən edilmiş ərazilərdən istifadə etsinlər".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости