https://news.day.az/azerinews/1865396.html 3 min metadon həbi və 3 kiloqrama yaxın heroin aşkarlanıb Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

3 min metadon həbi və 3 kiloqrama yaxın heroin aşkarlanıb

Azərbaycanca, 8 октября 2026 10:39 (UTC +04:00) 246
3 min metadon həbi və 3 kiloqrama yaxın heroin aşkarlanıb

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, "Astara" gömrük postunun idxal nəzarət xəttində İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkarlanmasa da, sürücünün davranışları şübhə doğurub. Bununla əlaqədar onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı sürücünün belinə korset vasitəsilə bağlanmış üç bağlamadan ümumilikdə 3 min metadon həbi aşkar edilib.

Bundan əlavə, sürücünün gömrük postunun ərazisinə atdığı iki bağlamaya baxış zamanı ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости