https://news.day.az/azerinews/1865423.html Üç avtobusun hərəkət istiqaməti dəyişdirilir - YENİLƏNİB 133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Üç avtobusun hərəkət istiqaməti dəyişdirilir - YENİLƏNİB

Azərbaycanca, 8 октября 2026 12:47 (UTC +04:00) 180
Üç avtobusun hərəkət istiqaməti dəyişdirilir

Bakıda 120, 120E və 121E nömrəli avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Day.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, dəyişiklik Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədardır. Təmir səbəbindən həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, 120 nömrəli marşrut Hövsan qəsəbəsindəki Elman Qasımov küçəsi ilə Səməd Vurğun parkı, 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) ilə Səməd Vurğun parkı, 121E nömrəli marşrut isə Elman Qasımov küçəsi ilə metronun "Əhmədli" stansiyası arasında fəaliyyət göstərir.

XXX
11:33

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

"Məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.

Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur",-deyə qurumdan əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости