https://news.day.az/azerinews/1865497.html Toral Bayramovun transfer qiyməti düşdü Türkiyə 1-ci Liqasında komandaların və futbolçuların dəyəri yenilənib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov da siyahının üst sıralarındadır. 25 yaşlı sol cinah müdafiəçisi liqanın ən dəyərli 4-cü futbolçusudur.

Toral Bayramovun transfer qiyməti düşdü

Azərbaycanca, 8 октября 2026 15:09 (UTC +04:00) 239
Toral Bayramovun transfer qiyməti düşdü

Türkiyə 1-ci Liqasında komandaların və futbolçuların dəyəri yenilənib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov da siyahının üst sıralarındadır.

25 yaşlı sol cinah müdafiəçisi liqanın ən dəyərli 4-cü futbolçusudur. Son dönəmlərdə 200 min avroluq dəyər itirən Bayramovun hazırkı transfer qiyməti 1,8 milyon avroya bərabərdir. Onu qabaqlayan 3 oyunçunun hamısı komanda yoldaşlarıdır.

İlk "üçlük"də müvafiq olaraq "Bursaspor"un digər oyunçuları Keleçi İhenaço (2,8 milyon avro), Linkoln (2,7 milyon) və Juergen Elitim (2,2 milyon) qərarlaşıblar. Onlar da Bayramov kimi dəyər itiriblər.

Liqanın ən dəyərli komandası isə elə "Bursaspor"dur. Bursalıların futbolçularının ümumi transfer qiyməti 19 milyon avrodur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости