Bu üç avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakıda 20, 55 və 104 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Day.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi məlumata görə, paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən həmin marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.
Dəyişikliyə əsasən, 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə, 55 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib.
104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra isə mövcud hərəkət sxemi üzrə təşkil edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре