https://news.day.az/azerinews/1865913.html
Lənkəranda dolu yağıb - FOTO
Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.
Lənkəranda dolu yağıb - FOTO
Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.
Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir. Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре