Bəzi rayonlara qar yağıb
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağıb.
Xidmətdən Day.Az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı: Neft Daşlarında 26 (aylıq normanın 139%-i), Sumqayıtda 3, Bakı, Binə, Pirallahıda 2, Maştağada 1 mm-dək qeydə alınıb.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Göygöldə 16, İmişli, Şəkidə (Kişçay) 10, Balakən, Qaxda (Sarıbaş) 6, Biləsuvar, Sabirabadda 5, Şirvan, Qobustan, Beyləqan, Zaqatala, Goranboy, Gədəbəy, Ordubad, Tovuz, Naxçıvan, Sədərək, Quba, Qusar, Şabran, Xızı, Neftçala, Astara, Ağdam, Cəbrayıl, Şamaxı, Kürdəmir, Naftalan, Zərdab, Tərtər, Bərdə, Hacıqabul, Salyanda 1-4 mm-dir.
Qubadlı, Şuşa, Füzuli rayonlarında isə qısamüddətli yağış yağıb.
Saat 08:15-08:27 radələrində Yardımlı rayonunda güclü leysan yağışı ilə müşayiət olunan, diametri 18-20 mm olan dolu düşüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре