Pensiya kapitalı ilə bağlı VACİB XƏBƏR - VİDEO
Təklif olunan dəyişikliklərə əsasən, sosial sığorta haqlarının fərdi pensiya hesabına yönəldilən hissəsinin 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur. Məsələn, 1200 manat maaş alan şəxsin pensiya fonduna hesablanan 300 manatın hazırda 270 manatı fərdi pensiya kapitalına yönəldilirsə, dəyişiklikdən sonra bu məbləğ 255 manat olacaq.
Day.Az xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dəyişiklik pensiya fondunun gəlirləri ilə xərcləri arasında uzunmüddətli tarazlığın yaradılmasına xidmət edir. Millət vəkili Musa Quliyev isə bildirir ki, məqsəd pensiyaların vahid mexanizm əsasında hesablanması, toplanan pensiya kapitalının nəzərə alınması və sosial ədalətin gücləndirilməsidir.
Təklifə əsasən, pensiyaların indeksləşdirilməsi zamanı orta aylıq əməkhaqqı səviyyəsində pensiya alanlara artımın tam tətbiqi, daha yüksək pensiyalar üçün isə əmsallardan istifadə nəzərdə tutulur. Bildirilir ki, fərdi pensiya kapitalındakı dəyişiklik vətəndaşların hazırkı pensiya məbləğinə dərhal deyil, uzunmüddətli dövrdə təsir göstərə bilər.
Ətraflı "İTV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре