Azərbaycan “ASAN xidmət” modelinin Pakistanda genişləndirilməsinə dəstək göstərəcək
Azərbaycan "ASAN xidmət" modelinin Pakistanda genişləndirilməsinə dəstək göstərəcək.
Pakistanın Baş naziri Şahbaz Şərif Prezident İlham Əliyevə telefon zəngi zamanı Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib, bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycan tərəfindən dəstəyin göstərilməsini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını ifadə edib.
Pakistanın Baş naziri buna görə dövlətimizin başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini ölkələrimiz arasında dostluğun və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре