https://news.day.az/azerinews/1866593.html “Roşka” ləqəbli tiktokerə hökm oxunub "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

“Roşka” ləqəbli tiktokerə hökm oxunub

Azərbaycanca, 13 октября 2026 10:52 (UTC +04:00) 193
“Roşka” ləqəbli tiktokerə hökm oxunub

"Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Rövşən Süleymanov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, tiktoker 2025-ci ilin yanvarın 31-dən həbsdədir. Bu hökmlə onun 16 ay çəkilməmiş cəza müddəti qalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости