https://news.day.az/azerinews/1866743.html Gürcüstandan gələn yük maşınında külli miqdarda bəyan edilməmiş dərman vasitələri aşkar edilib Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsində külli miqdarda bəyan edilməmiş dərman vasitələri aşkar edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Gürcüstandan gələn yük maşınında külli miqdarda bəyan edilməmiş dərman vasitələri aşkar edilib

Azərbaycanca, 13 октября 2026 16:41 (UTC +04:00) 231
Gürcüstandan gələn yük maşınında külli miqdarda bəyan edilməmiş dərman vasitələri aşkar edilib

Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsində külli miqdarda bəyan edilməmiş dərman vasitələri aşkar edilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

İdarənin "Mazımqara" gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan dörd karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости