https://news.day.az/azerinews/1866844.html Azərbaycana qarşı kiberhücum: 100-dən artıq dövlət domeni hədəfə alınıb 13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Azərbaycana qarşı kiberhücum: 100-dən artıq dövlət domeni hədəfə alınıb

Azərbaycanca, 14 октября 2026 09:16 (UTC +04:00) 219
Azərbaycana qarşı kiberhücum:

13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilmiş, Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınmışdır.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranmışdır. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılmış və saytların fəaliyyətinin davamlılığı təmin edilmişdir.

Hal-hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости