https://news.day.az/azerinews/1866913.html Ermənistan Başkənd qəsəbəsinə iddiasından əl çəkməyə hazırlaşır Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin olunması üçün sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, bunun üçün isə ərazi mübadiləsi aparılmasını təklif edib. Day.Az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkələrdə canlı yayım zamanı bildirib.

Ermənistan Başkənd qəsəbəsinə iddiasından əl çəkməyə hazırlaşır

Azərbaycanca, 14 октября 2026 11:44 (UTC +04:00) 207
Ermənistan Başkənd qəsəbəsinə iddiasından əl çəkməyə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin olunması üçün sərhədin hər iki tərəfində anklav və eksklavların qalmamasını, bunun üçün isə ərazi mübadiləsi aparılmasını təklif edib.

Day.Az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkələrdə canlı yayım zamanı bildirib.

O, sülh sazişi imzalandıqdan sonra Ermənistanın ərazisinin 29 743 kvadratkilometr ola biləcəyini deyib. Paşinyanın sözlərinə görə, sərhədin hər iki tərəfində anklav və eksklavlar qalmamalı, Azərbaycan və Ermənistan bir-birinə uyğun ölçülərdə əraziləri mübadilə etməlidir.

Ermənistanın baş naziri hesab edir ki, həm "Sülh kəsişməsi" layihəsi çərçivəsində, həm də ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır.

Paşinyan əlavə edib ki, Bakı və İrəvan bir-birinə qarşı heç bir iddia irəli sürməməli və bütün məsələlərdə bir-birinə müdaxilə etməməlidir.

Xatırladaq ki, Ermənistan Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinə iddialar səsləndirirdi.

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə paraflanıb. Hazırda tərəflər sənədin imzalanması və ratifikasiyası, eləcə də sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində işi davam etdirirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости