https://news.day.az/azerinews/1867313.html Bu avtobusların hərəkət sxemi dəyişəcək Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 16 oktyabr saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu avtobusların hərəkət sxemi dəyişəcək

Azərbaycanca, 15 октября 2026 17:26 (UTC +04:00) 261
Bu avtobusların hərəkət sxemi dəyişəcək

Binəqədi şosesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 16 oktyabr saat 23:00-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Day.Az xəbər verir ki, məhdudiyyət səbəbindən 8 müntəzəm marşrutun (100, 108A, 108B, 123, 133, 147, 165 və 179 nömrəli) hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

100, 108B, 123, 133, 165 və 179 nömrəli marşrutların metronun "Azadlıq prospekti" stansiyası və əks istiqamətdə hərəkəti Biney Qazi, Gülməmməd Ramazanov, 10 May, Araz, Ozan, Telman Kəlbiyev və Zəngəzur küçələri, Binəqədi şosesi, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil ediləcək.

108A və 147 nömrəli marşrutların metronun "Azadlıq prospekti" stansiyası istiqamətdə hərəkəti 28 May, Məmməd Araz və 1-ci Göl kənarı küçələri, Ziya Bünyadov və Azadlıq prospektləri, eləcə də Çingiz Aytmatov küçəsi ilə təşkil olunacaq. Əks istiqamətdə isə avtobuslar Çingiz Aytmatov, Şövkət Məmmədova və Əcəmi Naxçıvani küçələri, Atatürk və Ziya Bünyadov prospektləri, 1-ci Göl kənarı, Məmməd Araz və 28 May küçələri, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости