https://news.day.az/azerinews/1867732.html “20 Yanvar” dairəsində hərəkət dəyişəcək Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığından eyniadlı dairəyə doğru hərəkət edən avtobusların marşrutunda dəyişiklik edilməsi planlaşdırılır. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-də yayımlanan "Xəbərimiz var" verilişində məlumat verib.

“20 Yanvar” dairəsində hərəkət dəyişəcək

Azərbaycanca, 17 октября 2026 11:36 (UTC +04:00) 213
“20 Yanvar” dairəsində hərəkət dəyişəcək

Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığından eyniadlı dairəyə doğru hərəkət edən avtobusların marşrutunda dəyişiklik edilməsi planlaşdırılır.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-də yayımlanan "Xəbərimiz var" verilişində məlumat verib.

Tural Orucovun sözlərinə görə, hazırda Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobuslar "20 Yanvar" dairəsinə Həsən bəy Zərdabi prospekti vasitəsilə çatırlar. Bu isə nəqliyyat vasitələrinin dönməsi zamanı müəyyən çətinliklər yaradır.

O qeyd edib ki, aparılan təhlillərin nəticəsinə əsasən, gələcəkdə həmin istiqamətdən dairəyə birbaşa çıxışı təmin edən avtobus yolunun yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости