https://news.day.az/azerinews/1868087.html Yalnışlıqla başqasının kartına göndərilən pulu necə geri almaq olar? - VİDEO Nağdsız ödənişlərin artdığı dövrdə kartdan karta pul köçürmələri zamanı diqqətsizlik və ya rəqəmlərin səhv daxil edilməsi vəsaitin başqa şəxsin hesabına göndərilməsinə səbəb ola bilər. Belə hallarda ilk növbədə banka müraciət edərək səhv köçürülmüş pulun geri qaytarılması üçün sorğu yaratmaq lazımdır.

Yalnışlıqla başqasının kartına göndərilən pulu necə geri almaq olar? - VİDEO

Azərbaycanca, 19 октября 2026 16:22 (UTC +04:00) 269
Yalnışlıqla başqasının kartına göndərilən pulu necə geri almaq olar?

Nağdsız ödənişlərin artdığı dövrdə kartdan karta pul köçürmələri zamanı diqqətsizlik və ya rəqəmlərin səhv daxil edilməsi vəsaitin başqa şəxsin hesabına göndərilməsinə səbəb ola bilər. Belə hallarda ilk növbədə banka müraciət edərək səhv köçürülmüş pulun geri qaytarılması üçün sorğu yaratmaq lazımdır. Bank qarşı tərəfi məlumatlandırsa da vəsaitin qaytarılması alıcının razılığından asılı ola bilər.

Day.Az xəbər verir ki, hüquqşünas Sudef Rəhimovun sözlərinə görə, fərdi məlumatların qorunması səbəbindən bank alıcının şəxsi məlumatlarını köçürmə edən şəxsə açıqlamır.

Əgər vəsait könüllü şəkildə geri qaytarılmırsa, bu hal əsassız varlanma kimi qiymətləndirilə bilər. Məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi ilə tənzimlənir və pulun geri alınması üçün məhkəməyə müraciət etmək mümkündür.

Belə hallarla qarşılaşmamaq üçün köçürməni təsdiqləməzdən əvvəl alıcının adını, soyadını, kart və hesab rekvizitlərini diqqətlə yoxlamaq tövsiyə olunur.

Ətraflı "APA TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости