Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
Sərnişinin səhhətində yaranan problemə görə Sürix-Şanxay reysini yerinə yetirən təyyarə Bakıya məcburi eniş edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 19-da "SWISS" aviaşirkətinin Sürix-Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib:
"Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub. "Airbus A350-900" tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib. Hava limanında sərnişinə tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib".
"Reysin davam etdirilməsi hava gəmisinin kapitanının qərarına əsasən həyata keçiriləcək", - deyə məlumatda qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре