https://news.day.az/azerinews/1868469.html Çempionlar Liqası: “Sabah” Dortmund “Borussiya”sına məğlub oldu - VİDEO UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Sabah" və Dortmund "Borussiya"sı arasında keçirilən qarşılaşma başa çatıb. Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan görüş Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionlar Liqası: “Sabah” Dortmund “Borussiya”sına məğlub oldu - VİDEO

Azərbaycanca, 20 октября 2026 22:40 (UTC +04:00) 215
Çempionlar Liqası: “Sabah” Dortmund “Borussiya”sına məğlub oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Sabah" və Dortmund "Borussiya"sı arasında keçirilən qarşılaşma başa çatıb.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan görüş Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində Seru Girassi 10-cu dəqiqədə hesabı açıb. "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin 30-cu dəqiqədə vurduğu qol ofsayt səbəbindən qeydə alınmayıb. Bakı təmsilçisi 39-cu dəqiqədə Eyden Makkartinin qolu ilə hesabı bərabərləşdirib və komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

İkinci hissənin 53-cü dəqiqəsində yenidən fərqlənən Girassi dubl edərək "Borussiya"ya qələbə qazandırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости