https://news.day.az/azerinews/1868642.html İstanbulda silahlı insident - Ölən və yaralanan var İstanbulun Böyükçekmece rayonunda yaşayış kompleksində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Day.Az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb. Hadisə rayonun Cumhuriyet məhəlləsində yerləşən yaşayış kompleksinin 17-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

İstanbulda silahlı insident - Ölən və yaralanan var

Azərbaycanca, 21 октября 2026 17:05 (UTC +04:00) 269
İstanbulda silahlı insident

İstanbulun Böyükçekmece rayonunda yaşayış kompleksində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Day.Az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.

Hadisə rayonun Cumhuriyet məhəlləsində yerləşən yaşayış kompleksinin 17-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

26 yaşlı Yasin Binarcı hadisə yerində həyatını itirib, Mehmet Işık isə yaralanaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerində aparılan yoxlamalar zamanı üç tapança və müəyyən miqdarda narkotik vasitə aşkarlanıb. Hücumda şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Cinayətin motivləri və halları araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости