https://news.day.az/azerinews/1868800.html Sürücülər çaş-baş qaldı: Bu yolda necə hərəkət etmək lazımdır? - VİDEO Bakının Zərifə Əliyeva küçəsində sağa dönmə işarəsi olan hissədə qırıq-qırıq xətlərin az olması vətəndaşlar arasında çaşqınlıq yaradıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. İddia olunur ki, qırıq xətlər az çəkildiyindən avtomobillərə sağa rahat dönməyə imkan yaranmır.

Sürücülər çaş-baş qaldı: Bu yolda necə hərəkət etmək lazımdır? - VİDEO

Azərbaycanca, 22 октября 2026 11:53 (UTC +04:00) 343
Sürücülər çaş-baş qaldı: Bu yolda necə hərəkət etmək lazımdır?

Bakının Zərifə Əliyeva küçəsində sağa dönmə işarəsi olan hissədə qırıq-qırıq xətlərin az olması vətəndaşlar arasında çaşqınlıq yaradıb. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. İddia olunur ki, qırıq xətlər az çəkildiyindən avtomobillərə sağa rahat dönməyə imkan yaranmır. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə hər hansı uyğunsuzluq yoxdur: "Sürücülər ictimai nəqliyyata yol verib, zolaq dəyişməsi edərək sağa dönə bilərlər. Qırıq-qırıq nişanlanma xətti standartlara uyğun təşkil edilib. Kənardan xəttin tam görünməməsinin səbəbi videonun çəkilmə bucağıdır. Nəqliyyatın intensiv hərəkəti səbəbindən nişanlanma xətləri çirklənməyə məruz qalır və təmizlik işləri zamanı aradan qaldırılır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости