https://news.day.az/azerinews/1868898.html Avtomobili bu cür idarə edənlər CƏRİMƏLƏNƏCƏK Avtomobili bufersiz idarə etmək və dövlət qeydiyyat nişanını (nömrəni) qanunla müəyyən olunmuş yerindən çıxarıb ön şüşəyə (patpresə) qoyaraq sürmək qəti qadağandır və buna görə inzibati cərimələr nəzərdə tutulub.

Avtomobili bu cür idarə edənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanca, 22 октября 2026 17:32 (UTC +04:00) 351
Avtomobili bu cür idarə edənlər

Avtomobili bufersiz idarə etmək və dövlət qeydiyyat nişanını (nömrəni) qanunla müəyyən olunmuş yerindən çıxarıb ön şüşəyə (patpresə) qoyaraq sürmək qəti qadağandır və buna görə inzibati cərimələr nəzərdə tutulub.

"Yol hərəkəti haqqında" Qanuna əsasən, hərəkətdə olan nəqliyyat vasitəsi konstruktiv baxımdan tam bütöv olmalı, onun təhlükəsizlik elementləri (buferlər) yerində olmalı və dövlət nömrə nişanları xüsusi olaraq nəzərdə tutulmuş standart yerlərinə bərkidilməlidir. Bu qaydaların pozulması birbaşa yol hərəkəti təhlükəsizliyinə təhlid yaradan xətalar hesab olunur. 

Maşının buferlərinin olmaması konstruksiyanın digər ünsürlərinin nasazlığı kimi dəyərləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsinə əsasən, konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat məbləğində cərimə tətbiq edilir. Dövlət Yol Polisi rəsmilərinin və ekspertlərin izahlarına görə, bufer avtomobilin passiv təhlükəsizlik elementidir və piyadaların vurulması və ya toqquşma anında zərbəni yumşaltmaq funksiyasını daşıyır, bu səbəbdən də bufersiz idarəetməyə icazə verilmir. 

Dövlət qeydiyyat nişanının bufer olmadığı üçün ön şüşənin arxasına qoyularaq sürülməsi isə İXM-nin 342.1.3-cü maddəsi (dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması) ilə tövsif edilir. Bu qayda pozuntusuna görə 40 manat məbləğində cərimə nəzərdə tutulub. Qanun xüsusi olaraq vurğulayır ki, nömrə nişanı yalnız onun üçün nəzərdə tutulmuş standart və zavod konstruksiyalı yerlərdə düzgün bərkidilməlidir, şüşə arxasında nömrə gəzdirmək qanunsuzdur. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости