https://news.day.az/azerinews/1868965.html İran ABŞ-də aralıq seçkilərindən əvvəl neftin qiymətini artırmağa çalışır - Tramp ABŞ Prezidenti Donald Tramp İranı ABŞ-də keçiriləcək aralıq seçkilərindən əvvəl neftin qiymətini artırmağa çalışmaqda ittiham edib. Day.Az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

İran ABŞ-də aralıq seçkilərindən əvvəl neftin qiymətini artırmağa çalışır - Tramp

Azərbaycanca, 22 октября 2026 20:41 (UTC +04:00) 254
İran ABŞ-də aralıq seçkilərindən əvvəl neftin qiymətini artırmağa çalışır

ABŞ Prezidenti Donald Tramp İranı ABŞ-də keçiriləcək aralıq seçkilərindən əvvəl neftin qiymətini artırmağa çalışmaqda ittiham edib.

Day.Az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, İran neftin qiymətini artırmaq üçün əlindən gələni edir və hətta saxta hücumlar, minalar və digər məsələlər barədə məlumatlar uydurur.

Trampın sözlərinə görə, hazırda Hörmüz boğazından münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə daha çox neft daşınır.

ABŞ Prezidenti İran hakimiyyətini etirazçıları və onların qarşısına çıxan digər şəxsləri öldürməkdə ittiham edib.

"Yeddi aydan da az müddətdə 75 000 etirazçı öldürülüb. Dünyanın və Demokratlar Partiyasının buna əhəmiyyət vermirmiş kimi görünməsi təəccüb doğurur", - deyə o qeyd edib.

O, İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini və olmayacağını vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости