Azərbaycan ilk dəfə Qarüstü Polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
Azərbaycan 2027-ci il fevralın 19-dan 21-dək ilk dəfə Qarüstü Polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Day.Az xəbər verir ki, "Snow Polo World Cup Azerbaijan-2027" turniri Şahdağ Turizm Mərkəzində keçiriləcək.
Üç gün davam edəcək yarışda dörd ölkəni təmsil edən komandalar kubok uğrunda mübarizə aparacaqlar. Turnirdə İsveçrənin "Evviva Polo Club" St. Moritz, Avstriyanın "Kitzbühel Polo Club", ABŞ-nin "Aspen Polo Club" və Azərbaycanın "Land of Fire" komandaları iştirak edəcəklər.
Qar üzərində keçirilən polo yarışlarında sürət, dəqiqlik və komanda oyunu əsas rol oynayır. Atların çevikliyi, oyunçuların ustalığı və dinamik mübarizə turnirin əsas xüsusiyyətləri olacaq.
Şahdağın qış mənzərəsi fonunda keçiriləcək yarışın idman həvəskarları və turistlər üçün maraqlı təcrübə təqdim etməsi gözlənilir.
Turnirə biletləri "iTicket.az" platformasından əldə etmək mümkündür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре