https://news.day.az/azerinews/1869285.html Bəzi ərazilərə qar yağıb, dolu düşüb Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.

Bəzi ərazilərə qar yağıb, dolu düşüb

Azərbaycanca, 24 октября 2026 10:35 (UTC +04:00) 325
Bəzi ərazilərə qar yağıb, dolu düşüb

Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı:

Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan, Biləsuvar, Astara, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan, Şuşada 4 mm-dək qeydə alınıb.

Oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5-7 mm olan dolu düşüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости