https://news.day.az/azerinews/1869298.html Bakıda kafedə kütləvi dava - Saxlanılanlar var Bakıda kafedə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" kafesində qeydə alınıb. Belə ki, dava zamanı iştirakçılar bir-birinə bıçaqla hücum ediblər. Nəticədə bir nəfər ölüb.

Bakıda kafedə kütləvi dava - Saxlanılanlar var

Azərbaycanca, 24 октября 2026 11:38 (UTC +04:00) 246
Bakıda kafedə kütləvi dava

Bakıda kafedə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən "Ab-Hava" kafesində qeydə alınıb.

Belə ki, dava zamanı iştirakçılar bir-birinə bıçaqla hücum ediblər. Nəticədə bir nəfər ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости